Məktəblərin təhlükəsizliyi ilə bağlı yeni qaydalar hazırlanır

 Məktəblərin təhlükəsizliyi ilə bağlı yeni qaydalar hazırlanır
  30 May 2019    Oxunub:1701
Hazırda məktəbəhazırlıq ümumi təhsilin səviyyəsi kimi qanunda göstərilib. Beləliklə, ölkədə ümumi təhsilin müddəti 12 il olur.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxışı zamanı deyib. O bildirib ki, şagirdin məktəbdə olma müddəti 12 il olacaq.

"Təhsil müəssisələrinin mühafizəsi hamını düşündürür. Yeni qanunda birbaşa göstərilib ki, məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydalar 6 ay müddətində tərtib olunsun".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Mühafizə  





Xəbər lenti