Bakıda temperatur normadan 5 dərəcə yuxarı olub

Bakıda temperatur normadan 5 dərəcə yuxarı olub
  30 May 2019    Oxunub:1426
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, mayın 30-u səhərədək əksər rayonlarda hava şəraiti nisbətən sabit və yağmursuz keçsə də, bəzi şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Qrızda 4, Quba, Xaltan, Şahdağ, Binədə 0.2-1 mm təşkil edib.

Mayın 29-da Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 27-31, Naxçıvan MR-da 27-32 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək isti təşkil edib.

Azvision.az




Teqlər: Hava   ETSN  





Xəbər lenti