Ağdamda şəhid olan Aqil Omarov mayor imiş

 Ağdamda şəhid olan Aqil Omarov mayor imiş
  30 May 2019    Oxunub:17537
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Azvision.az-ın əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb.
Tasmalı bələdiyyəsinin sədri Niyaz Həsənov Azvision.az-a bildirib ki, A.Omarov evli olub, iki oğlu yadigar qalıb.

"Aqil Omarov Balakən rayonunda qeydiyyatda olsa da, daimi yaşayış yeri Lələpaşa kəndi idi. Hərbi rütbəsi mayordur. Ailənin 3 övladından biridr. Yaşca ən böyüyü Aqil idi".

Bələdiyyə sədri qeyd edib ki, şəhidin cənazəsi sabah saat 09:00-da Lələpaşa kəndinə gətiriləcək, onunla vida mərasimi keçiriləcək. Şəhidin nəşi həmin kənddə torpağa tapşırılacaq.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Şəhid   Qax  





Xəbər lenti