Staj barədə arayış almaq istəyənlərin nəzərinə!

Staj barədə arayış almaq istəyənlərin nəzərinə!
  30 May 2019    Oxunub:1572
Mayın 30-dan dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi səhifəsində “Şəxsi kabinet” yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq müraciət etməlidirlər.
DİM-dən Azvision.az -a verilən məlumata görə, dövlət qulluqçusu əmək kitabçasında əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini “skan” edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır.

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti