ABŞ səfiri məcburi köckünlər üçün iftar süfrəsi açıb

ABŞ səfiri məcburi köckünlər üçün iftar süfrəsi açıb
  31 May 2019    Oxunub:1717
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar süfrəsi açıb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, iftar süfrəsinə Şuşa rayon Malibəyli kənd məktəbində Səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri də iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev iftar süfrəsində çıxış edib.

Səfir Litzenberqer öz çıxışında deyib: "Martda ölkəyə gələndən Azərbaycan, onun dini tolerantlıq ənənələri barədə çox şey öyrənmişəm. Tolerantlıq il boyu vacibdir, amma Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir".

ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Ceffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki, qeyd olunur. Bu gün 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyəçilik və bağışlama kimi ümumi dəyərlərimiz barədə düşünür.

Azvision.az



Teqlər: ABŞ   Səfir  





Xəbər lenti