Qaradağ sakini narkotiklə tutuldu

Qaradağ sakini narkotiklə tutuldu
  31 May 2019    Oxunub:1366
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, RPŞ əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Biləsuvar rayonu ərazisində Qaradağ rayonu Lökbatan qəsəbəsinin sakini Zaur Nurəliyev idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Avtomobilə keçirilən baxış zamanı oradan 23,133 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Biləsuvar   Narkotik  





Xəbər lenti