Özünü qatarın altına atan qadın sağ qalıb - VİDEO (Yenilənib)

Özünü qatarın altına atan qadın sağ qalıb -  VİDEO (Yenilənib)
  31 May 2019    Oxunub:9148
Bu gün metronun "28 May" stansiyasında özünü qatarın altına atan qadının kimliyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a açıqlamasında bildirib ki, həmin şəxş 1965-ci il təvəllüdlü sərnişin Asya Əmirovadır. O, intihar məqsədilə özünü qatarın altına atsa da, sağ qalıb.
Hadisə ilə əlaqədar metroda qatarların hərəkətində 10 dəqiqə fasilə yaranıb. Hazırda hərəkət qrafik üzrə davam edir.



***
(09:50)

"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasında intihar hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, kimliyi hələlik açıqlanmayan qadın sərnişin özünü qatarın altına atıb. Hadisə saat 09:35-də qeydə alınıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   İntihar  





Xəbər lenti