Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq

  31 May 2019    Oxunub : 510
Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq
Bu gün və sabah axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az

Teqlər: Yol   Rəngləmə   AAYDA