“Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb?” - Anar Bağırov

   “Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb?” -    Anar Bağırov
  31 May 2019    Oxunub:2299
"Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən binası var. Kollegiya bir çox işlər görüb. Hesab edirik ki, bizim işlərə ən böyük töhvə verən cənab Prezident İlham Əliyev olub".
Azvision.az xəbər verir ki, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

"Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirdik ki, vəkilliyi inkişaf etdirəcəyik və dərhal cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı. Bu, postsovet dövlətləri arasında böyük rəqəmdir. Nəzərə almalıyıq ki, vəkil dövlət hesabına hüquqi yardım göstərmir. Uzağı ayda bir dəfə dövlət hesabına hüquqi yardım göstərər", - deyə A.Bağırov qeyd edib.

Kollegiya sədri əlavə edib ki, artıq Sumqayıt Regional Vəkil bürosu fəaliyyət göstərir: "Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb? Bu, çox böyük bir rəqəmdir. Vəkilliyə olan bir avansdır. Artıq Sumqayıt Regional Vəkil bürosu fəaliyyət göstərir. Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf eləməyib. Şirvanda, Şəkidə də hazırda bürolarla bağlı binaların təmir işləri aparılır".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Anar-Bağırov   Vəkillər-Kollegiyası  





Xəbər lenti