Ziyad Səmədzadə: “Manatın məzənnəsi sabit qalıb”

Ziyad Səmədzadə: “Manatın məzənnəsi sabit qalıb”
  31 May 2019    Oxunub:2302
“Ötən il əhalinin adambaşına düşən gəlirləri 8,2%, inflyasiya təkrəqməli olub, manatın məzənnəsi sabit qalıb”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərindəki müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub.

“2018-ci ildə xarici ticarət dövriyyəmiz 30,9% artaraq, 31,8 mlrd. dollar təşkil edib. 20,3 mlrd. manat tədiyyə balansında müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8% artmasnıı xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb. Valyuta ehtiyatımız ötən ildə 44,5 mlrd. manat olub. Dövlət büdəcsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MilliMəclis  





Xəbər lenti