“Neqativ hallara qarşı ciddi mübarizə aparılacaq” - Anar Bağırov

 “Neqativ hallara qarşı ciddi mübarizə aparılacaq” -  Anar Bağırov
  31 May 2019    Oxunub:2624
"Yaxın zamanlarda Vəkillər Kollegiyası ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, memorandumun məqsədi vəkillik fəaliyyətində rast gəlinən neqativ hallara qarşı mübarizə aparmaqdır: "Məqsədimiz rast gəldiyimiz korrupsiya faktları ilə bağlı müzakirələrin aparılması, birgə tədbirlərin keçirilməsidir. Bu memorandum əslində ictimaiyyətə bir mesaj olacaq ki, kollegiya neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: AnarBağırov   Vəkillər-Kollegiyası  





Xəbər lenti