Rus dilinin tədrisinə ayrılan vəsait dayandırılsın! - Qalmaqallı təklif

 Rus dilinin tədrisinə ayrılan vəsait dayandırılsın! -    Qalmaqallı təklif
  31 May 2019    Oxunub:3033
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa rus dilinin tədrisinə ayrılan vəsaitin dayandırılmasını təklif edib.

Azvision.az -ın məlumatına görə, deputat xatırladıb ki, hər il dövlət büdcəsindən rus dilinin tədrisinə 100 milyona yaxın vəsait ayrılır.
Onun sözlərinə görə, ölkədə ingilis, türk məktəbləri var, bunlar özəldir: “Rus dili tədrisini də özəl sektora buraxmaq lazımdır. Biz niyə hansısa xarici ölkənin dilini öz büdcəmizdən vəsait ayırmaqla həll etməliyik? Mən rus dilində tədrisin tərəfdarıyam, amma bunu büdcə hesabına etmək yanlışdır”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis   Fazil-Mustafa  





Xəbər lenti