“Elə bir ölkə tanımıram ki, bu qədər dövlət proqramı olsun” - Deputat

“Elə bir ölkə tanımıram ki, bu qədər dövlət proqramı olsun” -    Deputat
  31 May 2019    Oxunub:1381
"Səhiyyə sahəsində 15-dən çox dövlət proqramı var. Azərbaycanda dövlət büdcəsinin 189 milyonu bu proqramların həyata keçirilməsinə sərf olunub”.
Azvision.az xəbər verir ki, bunu deputat Rafiq Məmmədhəsənov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, ötən il şəkərli diabetlə bağlı proqrama 36 milyon, bu il isə 44 milyon manat vəsait ayrılıb: “Keçən il onkoloji xəstəliklərin müalicəsinə 40 milyon, bu il isə 44 milyondan çox vəsait ayrılıb. İkinci bir MDB ölkəsi tanımıram ki, səhiyyə sahəsində bu qədər dövlət proqramı olsun. Dövlət geniş yayılmış xəstəliklərin müalicəsini üzərinə götürür. Bu da xalqa qayğıdır”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti