5 ayda əmək müqavilələrinin sayı 94 mindən çox artıb

5 ayda əmək müqavilələrinin sayı 94 mindən çox artıb
  31 May 2019    Oxunub:1952
"Minimum əmək haqqının artırılması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, təbliğat-marifləndirmə işləri bu sahədə müsbət nəticələr verir"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min, bu ilin 5 ayında isə 94 mindən çox artım qeydə alınıb.

Onun sözlərinə görə, əmək müqavilələrinin sayı dövlət sektoru üzrə 28 mindən, özəl sektor üzrə 66 mindən çox olub.

Aytən Zəhra
Azvision.az





Teqlər: ƏƏSMN   Sahil-Babayev  





Xəbər lenti