Pensiya sisteminə dair 5 illik plan hazırlanır

Pensiya sisteminə dair 5 illik plan hazırlanır
  31 May 2019    Oxunub:1611
"Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Burada beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin fikrincə, hazırlanan planın önəmli komponentlərindən biri özəl pensiya fondları ilə bağlıdır.

"Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müafiq normativlər hazırlanacaq"

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti