“Azərbaycan Qarabağın həllində Polşanın dəstəyinə arxalana bilər” - Duda

 “Azərbaycan Qarabağın həllində Polşanın dəstəyinə arxalana bilər” -    Duda
  31 May 2019    Oxunub:2657
"Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər".
Azvision.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda mayın 31-də Bakıda sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

"Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər", - deyə dövlət başçısı vurğulayıb.

A.Duda həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişə də toxunub: "Biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək".

Azvision.az



Teqlər: Azərbaycan   Polşa  





Xəbər lenti