Pakistan prezidentindən İlham Əliyevə məktub

  31 May 2019    Oxunub : 630
 Pakistan prezidentindən İlham Əliyevə məktub
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram. Qardaş Azərbaycan xalqı ilə birlikdə Pakistan xalqı da bu əlamətdar bayramı qeyd edir.

Ölkələrimiz arasında daim inkişaf edən əməkdaşlığın səviyyəsini böyük məmnunluq hissi ilə qeyd edirəm.

Cammu və Kəşmir, eləcə də Dağlıq Qarabağ münaqişələrində ölkələrimizin bir-birinə verdiyi dəstək dövlətlərimizi birləşdirən güclü qardaşlıq münasibətlərinin təcəssümüdür.

Qardaş xalqlarımızın mənafeləri naminə əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində Zati-alinizlə sıx əməkdaşlıq etmək əzmindəyəm.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az

Teqlər: Pakistan   Prezident   Məktub