Azərbaycan-Ekvador əlaqələri müzakirə olunub

Azərbaycan-Ekvador əlaqələri müzakirə olunub
  01 İyun 2019    Oxunub:1675
İqamətgahı Braziliya şəhərində olan Azərbaycan Respublikasının Ekvador Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin paytaxtı Kito şəhərinə işğüzar səfəri çərçivəsində Ekvador Milli Assambleyasının suverenlik, inteqrasiya, xarici siyasət və daxili təhlükəsizlik komitəsinin prezidenti Fernando Flores Vasquez ilə görüşüb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Fernando Flores Vasquez ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və qarşılıqlı maraq duğuran bir sıra məsələlərdə beynəlxalq təşkilatlar çərçivəsində biri-birimizə dəstək verdiyimizi qeyd edib.

Elxan Poluxov ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində parlamentlərarası diplomatiyanın xüsusi rol oynadığını vurğulayıb. Milli Məclisin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verən səfir ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin və bunun üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini söyləyib. Səfir qeyd edib ki, Ekvador ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq üçün potensial mövcuddur və bunun üçün müvafiq dövlət və biznes qurumları arasında əməkdaşlığın qurulması labüddür.

Sonra səfir regionumuzda baş verən siyasi və iqtisadi proseslər barəsində danışıb, Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib və Ekvador tərəfini ölkəmizin ədalətli mövqeyni dəstəkləməyə çağırıb.

Vasquez Ekvador Konstitusiyasında müstəqil ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma və bütün münaqişələrin sülh yolu ilə həll edilməsi prinsiplərinin öz əksini tapdığını bildirərək, Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, sülh yolu ilə həll edilməsini arzulayıb. O, həmçinin ölkəmizə səfər təklifini məmnunluqla qəbul etdiyini və qısa zamanda bu səfərin həyata keçirilməsinə çalışacağını deyib.

Sonda tərəflər dünyada və regionda baş verən müxtəlif proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: Azərbaycan   Ekvator   Səfirlik  





Xəbər lenti