Biri azyaşlı olmaqla 6 nəfər liftdə qaldı

Biri azyaşlı olmaqla 6 nəfər liftdə qaldı
  01 İyun 2019    Oxunub:1739
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai, Nərimanov və Binəqədi rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az




Teqlər: FHN   Lİft  





Xəbər lenti