Səfirlik ABŞ-da iftar süfrəsi açıb - FOTOLAR

  01 İyun 2019    Oxunub : 1075
Səfirlik ABŞ-da iftar süfrəsi açıb - FOTOLAR
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində Ramazan ayı münasibətilə Müsəlman Amerika Liderlik Alyansı (MALA), Amerika Sefard Federasiyası (ASF), ABŞ-da fəaliyyət göstərən müxtəlif qurumların üzvləri və ABŞ-da yerləşən müsəlman ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, iştirakçılar arasında ABŞ Konqres ofisindən, beynəlxalq maliyyə qurumlarının qeyri-hökumət təşkilatları və yerli ictimaiyyət nümayəndələri olub.

Səfirliyin nümayəndəsi qonaqları salamlayaraq Azərbaycan mədəniyyəti, müxtəlif dinlərin nümayəndələrinin birgə və rifah içində yaşamasından, Azərbaycanda tolerantlıq və ölkədə multikulturalizm dəyərlərindən bəhs edib. MALA təşkilatının icraçı direktoru Zeynəb Xan və təşkilatın həmtəsisçisi Əhməd Ömər öz növbəsində Azərbaycan tərəfinə təşəkkür edərək təşkilat haqqında məlumat verib və Ramazan ayının fəzilətlərindən bəhs edib.

Qonaqlar Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından maraqlanmış və suallar ünvanlayıblar.





Azvision.az

Teqlər: