Naxçıvanda “Göycə” Festivalı keçirilir

Naxçıvanda “Göycə” Festivalı keçirilir
  01 İyun 2019    Oxunub:2865
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Göycə” Festivalı keçirilir.
Azvision.az -ın məlumatına görə, festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçirilir.



Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” Festivalı keçirilib. Müxtəlif Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.



Azvision.az


Teqlər: Naxçıvan   Göycə   Festival  





Xəbər lenti