AQTA uşaqları mükafatlandırıb

AQTA uşaqları mükafatlandırıb
  01 İyun 2019    Oxunub:2518
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək olub.

Onun sözlərinə görə, məktəblilər sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsilə ifadə ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, həm paytaxt, həm də digər regionlardan müsabiqəyə rəsm əsərləri təqdim olunub.

Məktəblilər tərəfindən müsabiqəyə 2000-dən çox əl işi təqdim edilib.

Rəsm əsərlərində məktəblilər sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırıblar.

Sonda müsabiqənin qalibləri "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan edilib, qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar təqdim edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Uşaqlar  





Xəbər lenti