Oyuncaq tapança ilə 2 nəfəri hədələyən şəxs tutulub

Oyuncaq tapança ilə 2 nəfəri hədələyən şəxs tutulub
  01 İyun 2019    Oxunub:6574
Mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələyib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılıb və evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülüb.

Azvision.az


Teqlər: Oyuncaq   Tapança   Oğurluq  





Xəbər lenti