Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.