Bakı-Sabunçu marşrutu üzrə elektrik qatarı təyin edildi

Bakı-Sabunçu marşrutu üzrə elektrik qatarı təyin edildi
  01 İyun 2019    Oxunub:1575
İyunun 3-dən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.

Plastik kartlar Bakı sərnişin stansiyasında, Keşlə, Koroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.



Azvision.az


Teqlər: Bakı   Sabunçu   Dəmiryolları  





Xəbər lenti