Polis finala gələn turistin itirdiyi əşyaları tapdı - FOTO
Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib. Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.
Horan Philip hadisədən sonra 18-ci Polis Şöbəsində ona göstərilən diqqətə, polisin ona həyatı boyu unutmayacağı köməklik göstərdiyinə, operativ xidmətinə və fədakarlığına görə, minnətdarlıq edib. Azərbaycanda təhlükəsziliyin yüksək səviyyədə qorunduğunu qeyd edən turist bildirib ki, bu, bir avropalıda Azərbaycan, Bakı haqqında yüksək təəssürat yaradır. Əbu-Dabi universitetində informasiya texnologiyaları üzrə müəllim işləyən Horan Philip gəldiyi ilk gündən polisin turistlərə necə rəftar etdiklərini, UEFA Avropa Liqasının final oyununda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, çoxsaylı azarkeşlər üçün ən yüksək nümunəvi xidməti ilə fərqlənən polisin davranışı, geyimi, ünsiyyət qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, bu barədə yalnız xoş sözlər danışmaq olar.
Horan Philip əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub. O, bütün dostlarına və tanışlarına Bakıda gördükləri, yaşadıqları və polislərin ona göstərdikləri köməklik barədə danışacağanı bildirib.
Azvision.az