291 ədəd partlamamış hərbi sursat tapılıb
İndiyədək 534,451,206 m² (53,445.12 ha) ərazi təmizlənmiş, 803,597 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
May ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 10, Dövlət Sərhəd Xidmətindən (DSX) 2, rayon polis şöbələrindən 2, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) 1 müraciət daxil olub.
Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərləri ərazisində 3,980 kv.m ərazi yoxlanılmış, 110 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina (cəmi: 117 ədəd) və 6,491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
May ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
Azvision.az
Teqlər: ANAMA Hərbi-Sursat