Nazir paralimpiyaçılarla görüşdü

Nazir paralimpiyaçılarla görüşdü
  01 İyun 2019    Oxunub:2058
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Sumqayıt Paralimpiya Kompleksində üzgüçülük, boccia, cüdo, pauerliftinq və güllə atıcılığı idman növü ilə məşğul olan paralimpiyaçılarla görüşüblər.
AMPK-dan Azvision.az -a bildiriblər ki, S.Babayev və İ.Rəhimov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paralimpiyaçıları təbrik edib, onların fiziki və mənəvi-psixoloji hazırlıqları ilə maraqlanıblar.

Nazir və komitə rəhbəri iki həftə əvvəl Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında medal qazanan idmançılara təbriklərini çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

AMPK prezidenti İ.Rəhimov nazir S.Babayevə Bakıda keçirilən Qran-Prinin medallarından ibarət suvenir dəsti hədiyyə edib.

Azvision.az



Teqlər:





Xəbər lenti