Azərbaycanda insanlar ən çox nədən ölür? - Statistika

   Azərbaycanda insanlar ən çox nədən ölür? -  Statistika
  01 İyun 2019    Oxunub:5781
Azərbaycanda ölümün səviyyəsi nisbətən aşağı və sabit səciyyələnir. Ölüm faktı 2018-ci ildə əhalinin hər 1000 nəfərinə 5,8 nəfər təşkil edib.

Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda əhali arasında ölüm hallarına əsasən qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin tənəffüs orqanlarının xəstəlikləri səbəb olur.

2018-ci ildə bu xəstəlikdən ölənlərin sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə müvafiq olaraq 345,3, 88,2, 26,6 və 18,6 nəfər təşkil edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Komitə  





Xəbər lenti