Bu ay 5 gün iş olmayacaq

  03 İyun 2019    Oxunub : 1473
 Bu ay 5 gün iş olmayacaq
Bu ay Azərbaycanda 5 gün iş olmayacaq.
Azvision.az xəbər verir ki, qeyri-iş günləri iyunun 5-i, 6-sı, 15-i, 17-si və 26-na təsadüf edəcək.

Belə ki, iyunun 5-i və 6-sı Ramazan bayramı, 15-i Azərbaycan xalqının Milli Qurtuluş günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

Əmək Məcəlləsinə əsasən, iyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü hesab edilir.

Azvision.az

Teqlər: İyun   Qeyri-iş   Bayram