Şəhid ailələrinin 80 faizinə birdəfəlik ödəmə verilib

 Şəhid ailələrinin 80 faizinə birdəfəlik ödəmə verilib
  03 İyun 2019    Oxunub:2440
Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.

Onun sözlərinə görə, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüd də təsis edilib:

"Şəhid ailələrinin birdəfəlik ödəmə -11 min AZN ilə təminatı proqramının artıq 80 faiz icra olunub. Qısa müddət ərzində 20 faiz icra olunacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti