Nazir müavinləri qəbul keçirəcək

Nazir müavinləri qəbul keçirəcək
  03 İyun 2019    Oxunub:1895
Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov 2019-cu il iyun ayının 22-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.
DİN-dən Azvision.az -a verilən məlumaat görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 2019-cu il iyun ayının 15-də Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.

Qedy olunub ki, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az



Teqlər: DİN   Qəbul  





Xəbər lenti