Rusiyadan Bakıya 2 yeni metro qatarı gətirilir

  03 İyun 2019    Oxunub : 1289
Rusiyadan Bakıya 2 yeni metro qatarı gətirilir
"Bakı Metropoliteni" QSC-nin Rusiyadan aldığı 2 yeni qatar yaxın günlərdə Azərbaycana gətiriləcək.

Bu barədə Azvision.az -a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, iki qatarın istehsalı başa çatıb, dörd qatarın istehsalı isə davam edir:
"Yeni gətiriləcək qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Bununla yanaşı, vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunub".

Qurum rəsmisi qeyd edib ki, ölkəmizə il ərzində ümumilikdə 6 qatar gətiriləcək.

Xatırladaq ki, cari ilin yanvarın 31-də “Bakı Metropoliteni” ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların alınmasına dair müqavilə imzalanıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qatar   Yeni   Rusiya