Nazirlik piknikə gedən vətəndaşlara müraciət edib
Onun sözlərinə görə bəzən istirahətdə olanların, kənd sakinlərinin, fermerlərin, sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolaqları, ağaclar, yaşıllıqlar yanır və bu hallar bizi olduqca narahat edir.
"Bütün bu hallar baş verməsin deyə sürücülər, vətəndaşlar dizel yanacaqları, bitki yağları, benzin kimi mayelərə bulaşmış materialları, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar, müəssisələr, fermer təsərrüfatları, eləcə də əhali meşəyə həmsərhəd olan sahələrdə qurumuş otları, kövşənləri biçin dövrü başa çatdıqdan sonra yandırmasınlar, meşə sahələrinə yaxın kəndlərin sakinləri mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər. Bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, yaşıllıqları qorumağa çağırırıq", - deyə nazirlikdən bildirilib.
Azvision.az