İlham Əliyevlə Putin telefonla danışdı - Yenilənib

  İlham Əliyevlə Putin telefonla danışdı -  Yenilənib
  03 İyun 2019    Oxunub:4499
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirdi və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğuladı.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olundu. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi apardılar.

***
(14:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. Bildirilib ki, prezidentlər fəal inkişaf edən Rusiya-Azərbaycan əməkdaşlığını və müxtəlif səviyyələrdə qarşıdan gələn qarşılıqlı əlaqə məsələlərini müzakirə ediblər.

Azvision.az



Teqlər: İlham-Əliyev   Rusiya   Putin  





Xəbər lenti