"Qarabağda Azərbaycanın dini irsi məhv edilir"
Dövlət Komitəsinin sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın dövlət-din modelini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində multikulturalizmin respublikamızda dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini bildirib.
Komitə sədri tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu deyərək bu dəyərin ölkəmizin siyasi və ictimai həyatında da özünü göstərdiyini söyləyib. Roma Papaları II İohann Pavel və Fransiskin ölkəmizə tarixi səfərlərini xatırladan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə yəhudi sinaqoqları, pravoslav, katolik və lüteran kilsələri fəaliyyət göstərir. Azərbaycanda 33 qeyri-müsəlman dini icmanın qeydiyyata alındığını vurğulayan DQİDK sədri dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən diqqət və qayğı göstərildiyini, İslam və qeyri-islam dini ibadətgahların təmir və inşa edildiyini səfirin nəzərinə çatdırıb.
Söhbət zamanı qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında da ətraflı məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serxio Osvaldo Perez Qunella respublikamızın sürətli inkişaf yolunda olduğunu bildirib. Ölkələrarası oxşarlıqdan bəhs edən səfir Azərbaycanda qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, gündəlik həyatında ölkəmizdəki tolerant və multikultural mühitin şahidi olduğunu diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Azvision.az