Rusiyadan gələn şəxs gömrükdə silahla tutuldu

Rusiyadan gələn şəxs gömrükdə silahla tutuldu
  03 İyun 2019    Oxunub:1881
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Rusiya Federasiyasından gələn, bu ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod kostruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4.5 mm kalibrli pnevmatik silah aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Silah  





Xəbər lenti