Pirallahıda əhaliyə pulsuz hüquqi yardım göstərilib - Fotolar

Pirallahıda əhaliyə pulsuz hüquqi yardım göstərilib  -    Fotolar
  03 İyun 2019    Oxunub:2216
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 3 iyun tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının təşəbbüsü ilə, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən vəkillik tarixində ilk dəfə olaraq helikopter vasitəsi ilə Pirallahı rayonu Çilov adasına səfər edilib və orada yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.



Çilov adasına gedən vəkillər 28 May NQÇİ-nin Akt zalında 60-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.



Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.





Azvision.az


Teqlər: VK  





Xəbər lenti