Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xeyriyyə tədbiri keçirib
Konsertdə əməkdar artist Səlim Abbasovun, müğənnilər Əsrar Hüseynlinin və Selcan Yaqubzadənin, “Köhnə Bakı” rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb. Həmçinin maraqlı şou-proqramlar, nağıl qəhrəmanları və klounlar balaca qonaqları əyləndirib.
Qeyd edək ki, bu səpkili tədbirlərin təşkil olunmasında əsas məqsəd cəmiyyətdə kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Azvision.az
Teqlər: