Prezident naxçıvanlı sahibkarları təltif edib

  04 İyun 2019    Oxunub : 714
Prezident naxçıvanlı sahibkarları təltif edib
Prezident İlham Əliyev iyunun 3-də Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Əhmədov Fikrət Bayram oğlu və Məmmədov Ziyafəddin Məcid oğlu “Tərəqqi” medalı ilə, Qədirzadə Aysel Qadir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Azvision.az

Teqlər: Naxçıvan