Niyazi Bayramov sakinləri dinlədi

Niyazi Bayramov sakinləri dinlədi
  04 İyun 2019    Oxunub:2262
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Görüşdə icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Azvision.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov bildirib ki, sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinlərin şikayət və təkliflərini dinləmək, onları narahat edən problemləri aradan qaldırmaqdır. Sakinlər bildiriblər ki, onları narahat edən əsas problemlərdən biri “Mahrasa bağı” yaşayış massivində mavi yanacağın təzyiqinin hələ də düzəlməməsi və suyun fasilələrlə verilməsidir. Bundandan başqa onlar məhəllədaxili yolların səligəyə salınmasını, gecə işıqlanması sisteminin qurulmasını və yaşıllıq zolaqlarının artırılmasını xahiş ediblər.



M.Füzuli adina 22 nömrəli tam orta məktəbin qarşısında piyada keçidinin olmamasından şikayətlənən sakinlər, ərazidə işıqforun quraşdırılmasını da təklif ediblər. Sakinlərə bildirilib ki, “Mahrasa bağı” yaşayış massivinin ərazisində mavi yanacağın təzyiqinin aşağı olması qaz xəttlərinin köhnəliyi ilə bağlıdır. Hazırda bu istiqamətdə olan qaz xəttlərinin yenilənməsi üzrə iş aparılır.



Su ilə bağlı yaşanan problem isə Gəncədə icra olunan su-kanalizasiya xəttlərinin yenilənməsi layihəsi başa çatdıqdan sonra öz həllini tapacaq. Sakinlər ümumi məsələlərlə yanaşı, öz şəxsi problemlərini də dilə gətiriblər. Əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti