Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq

   Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq
  04 İyun 2019    Oxunub:1973
"Azərbaycanda indiyə qədər 12 Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) yaradılıb".
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər Bakıda ilk "KOB Evi"nin yaradılması istiqamətində iş aparılır.

Nazir qeyd edib ki, indiyə qədər sahibkarlara 990-dan artıq elektron lisenziya verilib:

"Artıq sənaye parklarında rezidentlərə məxsus 43 müəssisədən 23-ü fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən sənaye parklarına indiyədək 3.3 milyard investisiya yatırılıb, 9 minə qədər iş yeri yaradılıb. İndiyə qədər sənaye parklarında 1 milyard 260 milyon manat dəyərində məhsul istehsal edilib. Bunun 250 milyon manatlıq hissəsi ixrac olunub. Növbəti mərhələdə 400 milyon dollara qədər sərmayə qoyuluşu 1600-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minə qədər yeni iş yerlərinin yaradılması nəzərdə tutulub. Bu müəssisələrin 21-i artıq fəaliyyət göstərir, bu il isə daha 15 müəssisə fəaliyyətə başlayacaq. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyə qədər 43 milyon manatkıq məhsul istehsal edilib".

Azvision.az


Teqlər: KOB   Nazir  





Xəbər lenti