Avropadan Azərbaycana turist axını gözlənilir

  04 İyun 2019    Oxunub : 1003
Avropadan Azərbaycana turist axını gözlənilir
Bu yay Azərbaycana Avropa İttifaqı ölkələrindən turistlərin gəlməsi gözlənilir.

Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən turistlərin gəlməsi, onların hava limanlarında birbaşa sadələşdirilmiş viza ala bilmələri üçün danışıqlar aparılır.
Agentlik rəhbəri qeyd edib ki, ölkəyə turistlərin cəlb edilməsi üçün 6 istiqamətdə işlər görülür: "Hazırda Çindən, Hindistandan turistlərin gəlməsi gözlənilir və turistlər artıq ölkədə müşahidə edilirlər. Bu yay Avropa ölkələrindən, həmçinin Səudiyyə Ərəbistanından turistlərin gəlməsini gözləyirik".



F.Nağıyev əlavə edib ki, turistlərin qoruqlara, xüsusilə "Yanardağ"a, "Atəşgaha"a marağı böyükdür. O, tezliklə "Yanardağ" qoruğunun istifadəyə veriləcəyini vurğulayıb.

"Müşahidə edirik ki, hər ay 15 min turist "Yanardağ"ı, 20 mindən çox turist "Atəşgah"ı ziyarət edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Fuad-Nağıyev   Turist