Azərbaycan Cənubi Koreyada nümayəndəlik açır

Azərbaycan Cənubi Koreyada nümayəndəlik açır
  04 İyun 2019    Oxunub:2128
Azərbaycan Dövlət Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyi açılacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, hazırda agentliyin əməkdaşları Cənubi Koreyada səfərdədirlər: “Yəqin ki, yaxın zamada agentliyin Cənubi Koreyada nümayəndəliyi açılacaq”.

F.Nağıyev qeyd edib ki, Cənubi Koreya bazarı Azərbayca üçün prioritetdir: "Azərbaycanda olan mədəni irs Asiyadan olan turistlər üçün çox önəmlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cənubi-Koreya   Turizm   Agentlik   Fuad-Nağıyev  





Xəbər lenti