Agentlik rəhbəri AZAL-la uçuşun baha olmasına münasibət bildirib

  04 İyun 2019    Oxunub : 930
 Agentlik rəhbəri AZAL-la uçuşun baha olmasına münasibət bildirib
Dövlət Turizm Agentliyinin rəhbəri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə biletlərinin baha olmasına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, Agentliyin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, rəhbəri olduğu qurum bu məsələ ilə bağlı AZAL-la hər gün kommunikasiyadadır.

Onun sözlərinə görə, qiymətlərlə əlaqədar AZAL-la danışıqlar aparılır: “Bu gün elə xarici şirkətlər var ki, bizimlə daimi təmasdadırlar. Biz onlara yeni reyslərin açılmasına dəstək göstərəcəyik. Bu da turistlərin Azərbaycana gəlməsinə dəstək olacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: AZAL   Bilet