Aqrar sığorta üzrə dövlətin vəzifələri artırılır - SİYAHI

 Aqrar sığorta üzrə dövlətin vəzifələri artırılır -   SİYAHI
  04 İyun 2019    Oxunub:1866
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Azvision.az xəbər verir ki, yeni hazırlanmış qanun layihəsinin 3-cü (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) maddəsinə 4 yeni bənd əlavə olunub.
Belə ki, aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır:

1.Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək
2.Aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək
3.Aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək
4.Aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək
5.Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək
6.Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək
7.Aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti