Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  04 İyun 2019    Oxunub:1876
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu gün Xocavənd rayonu ərazisində baş tutan monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən A.Kaspşiklə yanaşı, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.

Azvision.az



Teqlər: ATƏT   Monitorinq  





Xəbər lenti