“DOST”-a 5000-ci müraciət qeydə alınıb

“DOST”-a 5000-ci müraciət qeydə alınıb
  04 İyun 2019    Oxunub:1642
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb.
Azvision.az xəbər verir ki, müraciəti paytaxtın Yasamal rayon sakini Zümrüd Şıxıyeva edib. Vətəndaş I dərəcə əlilliyi olan insana qulluq edən şəxs kimi ona Prezidentin aylıq təqaüdünün təyin olunması ilə bağlı “DOST” mərkəzinin xidmətindən faydalanıb.

5000-ci müraciətin sahibi olan Z.Şıxıyevaya bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. Z.Şıxıyeva dövlət sosial xidmətlərini “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb. 2019-cu il mayın 9-da açılışı olan 1 saylı “DOST” mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 350-dən çox vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin açılması nəzərdə tutulub.

Azvision.az



Teqlər: DOST   Mərkəzi   ƏƏSMN  





Xəbər lenti