Azərbaycanda kommersiya məhkəmələri yaradılır

 Azərbaycanda kommersiya məhkəmələri yaradılır
  04 İyun 2019    Oxunub:3964
Ölkəmizdə kommersiya məhkəmələri yaradılacaq.
Azvision.az xəbər verir ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni maddə əlavə olunur. Əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işərə baxır.

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Qeyd edək ki, qanun layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məhkəmə   Kommersiya   Qanun  





Xəbər lenti