Dəniz suyunun çirklənməsinin qarşısı alınacaq

Dəniz suyunun çirklənməsinin qarşısı alınacaq
  04 İyun 2019    Oxunub:2676
Abşeron rayonunda may ayının 5-dən başlayaraq dəniz suyundan nümunələr götürüb və analiz olunub.
Azvision.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, Nabran, Türkan, Hövsan ərazisindən götürülən nümunələrin laborator müayinəsi davam edir və qısa müddətdə nəticələr açıqlanacaq.

"Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət çirkab sularının birbaşa dənizə axıdılmasıdır. Son 10 illə müqayisədə bu istiqamətdə nisbətən yaxşılaşma var. Yəqin yaxın illərdə dəyişiklik hiss edəcəyik".

Z.Kazımov qeyd edib ki, dəniz suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur.

"Ölkə ərazisində kanalizasiya, su xətləri yenidən qurulur. Yaxın dövrdə dövlət proqramına uyğun çirkləndiricilərin qarşısı alınacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ziyəddin-Kazımov   ETSN  





Xəbər lenti